×
A
A
A
Sazlamalar

2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub

Bakı, 9 avqust, AZƏRTAC

2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində xüsusi statuslu filialın təşkili istiqamətində işlər gedir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzur proqramı işlənib.
F.Məmmədov Bakıda 6 mərkəzin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb.

 

Sosial 2023-08-09 11:46:00