×
A
A
A
Sazlamalar

Beş il ərzində DOST mərkəzlərində 1 milyon 673 min nəfərə xidmət göstərilib

Bakı, 9 avqust, AZƏRTAC

Beş il ərzində DOST mərkəzlərində 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib.
Nazir müavini bildirib ki, 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi vətəndaşlara 159 dövlət sosial xidmətlərini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edir.

Sosial 2023-08-09 11:19:00