×
A
A
A
Sazlamalar

Ölkə ərazisində 91 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkə ərazisində 91min 889 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.

Maliyyə 2023-08-08 23:27:00