×
A
A
A
Sazlamalar

Geri qaytarılmış moruq məhsulunda uyğunsuzluq aradan qaldırılandan sonra Rusiyaya ixrac edilib

Bakı, 8 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində həmin ölkəyə ixrac olunan 36 ton təzə moruq məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb, uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub.
Moruq partiyaları geri qaytarıldıqdan sonra etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılıb və avqustun 8-də yenidən Rusiya Federasiyasına ixrac edilib.

 

Sosial 2023-08-08 18:13:00