×
A
A
A
Sazlamalar

“Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanılıb

Bakı, 8 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ahıl və əlilliyi olan şəxslərə göstərilən səyyar xidmətin keyfiyyətinin artırılması məqsədi daşıyan layihəyə bu sahədə çalışan sosial xidmət işçiləri cəlb edilib.
Qırx saatı əhatə edən praktik məşğələlər nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Müalicə Pansionatında təşkil olunub.
Layihənin yekununda nəzəri və praktik baza biliklərə yiyələnmiş iştirakçılara sertifikatlar təqdim ediləcək.

Sosial 2023-08-08 15:43:00