×
A
A
A
Sazlamalar

Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Sumqayıt şəhəri, Sahil zolağı, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən “1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-yə məxsus “Şərur” kafesində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin üzərində markalanması aparılmayan, mənşəyi məlum olmayan qatıq və istehlak müddəti ötmüş qazsız sular aşkarlanıb.
Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, iş personalının üzvlərinin işdən kənarlaşdırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Sosial 2023-08-08 12:51:00