×
A
A
A
Sazlamalar

Yeddi ayda 9 min 133 kommersiya qurumu dövlət qeydiyyatından keçib

Bakı, 8 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul ayları ərzində 9 min 133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi isə xarici investisiyalıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,1 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 2023-cü ilin 7 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 262 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.

Maliyyə 2023-08-08 06:38:00