×
A
A
A
Sazlamalar

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər açıqlanıb

Bakı, 7 avqust, AZƏRTAC

Cari ilin ötən 7 ayı ərzində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” üzrə gəlirlər 4 milyard 158 milyon ABŞ dolları həcmində olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan AZƏRTAC-a bildiriblər ki, qeyd olunan dövr ərzində “Şahdəniz” yatağından (qaz və kondensat) əldə olunan gəlir 1141 milyon ABŞ dolları təşkil edib.
“Şahdəniz” yatağı üzrə kondensatın satışından isə 259,6 milyon ABŞ dolları gəlir əldə edilib.

Neft - qaz 2023-08-07 11:57:00