“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
Bakı, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC bölgələrdə elektrik şəbəkələrinin yenidən qurulması, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması yönündə işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Hacıqabul rayonu Abdulabad, Rəncbər və Qubalıbaloğlan kəndlərində ötən əsrin 60-70-ci illərində qurulmuş şəbəkə keyfiyyətini itirmişdi. Küləkli və yağışlı havada elektrik enerjisinin verilməsində yaranan məcburi fasilələr sakinlər üçün çətinlik yaradırdı.
Hacıqabul rayonunda aparılan işlər çərçivəsində Abdulabad kəndində elektrik şəbəkə tamamilə yenidən qurulur. Kənddə 20 ədəd müasir tipli KTM-nin quraşdırılması nəzərdə tutulub. Eyni zamanda, 16 kilometr 10 kV-luq hava və 63 kilometr 0.4 kV-luq sip kabel xətləri çəkilir.
Paralel olaraq Rəncbər və Qubalıbaloğlan kəndlərində də elektrik enerjisi təchizatının yenidən qurulması yönündə lazımi işlər görülür. Kəndlərdə 35 ədəd müasir tipli KTM quraşdırılır, 36 kilometr 10 kV-luq hava və 107 kilometr 0.4 kV-luq sip kabel xətləri çəkilir, 0.4 və 10 kV-luq yeni dəmir dayaqlar basdırılır.
İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2500-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd olunub ki, “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir