×
A
A
A
Sazlamalar

DOST İş Mərkəzi Naxçıvan MR-də daha 70 şəxsi ödənişli ictimai işlə təmin edib

Bakı, 2 avqust, AZƏRTAC

DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında (MR) daha 70 şəxs haqqı ödənilən ictimai işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, muxtar respublikada “İşsizin dostu” proqramı çərçivəsində son iki ayda ödənişli ictimai işlə təmin edilən şəxslərin sayı 370-ə çatıb.
Bununla bağlı DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli Rayon İcra hakimiyyətləri və Naxçıvan MR-in kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb.
Sazişlər əsasında işə götürülən hər kəslə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı qazanıblar.

Sosial 2023-08-02 10:48:00