×
A
A
A
Sazlamalar

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Şəmkir və Ağstafada ictimai dinləmələr keçiriləcək

Bakı, 2 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Şəmkir və Ağstafa rayonlarında ictimai dinləmələr keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.
İctimai dinləmələr avqustun 3-də saat 11:00-da Şəmkir şəhərində, Şəmkir Gənclər Evinin binasında (Heydər Əliyev prospekti 60) və həmin gün saat 14:00-da Ağstafa şəhərində, Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa xidmət şöbəsinin binasında (Səməd Vurğun küçəsi 57A) təşkil olunacaq.

 

Sosial 2023-08-02 10:23:00