×
A
A
A
Sazlamalar

“Abituriyent dəstək xətti” layihəsi başlayır

İxtisas seçimi yekunlaşana qədər abituriyentlər dəstək xidmətindən yararlana biləcəklər

 

Bakı, 1 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Abituriyent dəstək xətti” layihəsinə start verilir.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində avqustun 1-dən etibarən ixtisas seçimi yekunlaşana qədər abituriyentlər filialın peşəkar karyera məsləhətçiləri ilə əlaqə saxlayaraq ixtisas seçimi ilə bağlı suallarını yönləndirə biləcəklər.
Məqsəd abituriyentlərə düzgün ixtisas seçimi və kodlaşdırma ilə bağlı məlumat vermək, bu istiqamətdə yaranan çətinliklərin həllinə dəstək olmaqdır. Əlaqə nömrələri: (070) 8430363 və (070) 9639373-dür.
Əlaqə nömrələri həftə içi hər gün 10:00-13:00 və 14:00-17:00-da abituriyentlər və onların valideynlərinin xidmətində olacaq.
Zəng edərkən şəxsiyyət vəsiqəsinin FİN kodunu təqdim etmək kifayətdir.

 

 

Sosial 2023-08-01 12:58:00