×
A
A
A
Sazlamalar

Qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları təlimə cəlb olunmalıdırlar

Bakı, 1 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərinə müraciət edib. Müraciətdə “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlarının gigiyenik təlimlərə cəlb olunması bildirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.
Bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu qida subyektlərinin əməkdaşları üçün gigiyenik təlimlər təşkil edir. Təlimdə iştirakla bağlı qida subyektləri (012) 377 00 20 (daxili: 483) nömrə ilə əlaqə saxlayaraq əlavə məlumat əldə etmək olar.
Bildirilir ki, əməkdaşlarının gigiyenik təlimlərdə iştirakını təmin etməyən sahibkarlıq subyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq.


 

 

Sosial 2023-08-01 11:50:00