×
A
A
A
Sazlamalar

“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

Bakı, 1 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsinin 3-cü həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyadan sonra düşərgənin açılış mərasimi keçirilib, iştirakçılara həftəlik proqram barədə məlumat verilib.
Uşaqlar ikinci günə səhər idmanı ilə start veriblər. Ardından tanınmış səyyah, bloger və teleaparıcı Azər Qəriblə görüş olub. Qonaq uşaqların çoxsaylı suallarını cavablandırıb, müxtəlif ölkələrə səfərləri ilə bağlı məlumat verib.
Gün hoteldaxili əyləncə, stolüstü idman oyunları və psixoloqlarla ilkin görüşlərlə davam edib.
Qeyd edək ki, düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsoru “Bakcell”, sponsorlar “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

 

Sosial 2023-08-01 11:29:00