×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayında peşə hazırlığı kurslarına 6 min 113 nəfər cəlb olunub

Bakı, 31 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6 min 113 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3 min 518-i üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2 min 5950-si üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilib.
Hazırlıq kurslarını uğurla bitirən müdavimlərdən 2 min 311-i müvafiq sahələr üzrə işlə təmin olunub.

 

 

Sosial 2023-07-31 10:47:00