×
A
A
A
Sazlamalar

“Elektron məlumat kitabçası” artıq “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində

Bakı, 29 iyul, AZƏRTAC

“Azərişıq” ASC-nin rəsmi internet səhifəsində “Elektron məlumat kitabçası” bölməsi yerləşdirilib. “Elektron məlumat kitabçası”na “məlumat” bölməsindən daxil ola bilərsiniz. Burada yaşıl “yüklə” düyməsinin üzərinə klik etməklə kitabı yükləmək mümkündür.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 21 səhifədən ibarət olan elektron kitabça elektrik enerjisi təchizatı sahəsini, onun funksiya və xüsusiyyətlərini özündə əks etdirir. Kitabça Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühit” layihəsinin “Kommunal xidmətlərə (elektrik təchiz şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin (1.1.1-ci yarımbəndinə) əsasən hazırlanıb.

Energetika 2023-07-29 16:02:00