Altı ay ərzində “Azəriqaz”ın “Çağrı Mərkəzi”nə 500 mindən çox müraciət daxil olub
Bakı, 29 iyul, AZƏRTAC
Cari ilin 6 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin “Çağrı Mərkəzi”nə 500 min 515 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 min 624 müraciət azdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə əsasən, təzyiqlə bağlı 37 min 96 müraciət daxil olub. Bu da ötən illə müqayisədə 3 min 728 müraciət azlıq təşkil edir. “Qaz təchizatı ilə bağlı 29 min 967 müraciət daxil olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 min 492 müraciət az təşkil edir”, - deyə şöbə rəisi qeyd edib.
Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 689 min 244 abonentin (ümumi abonentlərin 67,5 faizi) 12 qəpik tariflə, 730 min 969 abonentin (ümumi abonentlərin 29,2 faizi) 20 qəpik tariflə və 83 min 543 abonentin (ümumi abonentlərin 3,3 faizi) isə 25 qəpik tariflə təbii qazdan istifadə etdiyini bildirib.
Şöbə rəisi, həmçinin itkilər barədə də məlumat verib. Qeyd edib ki, cari ilin yanvar-iyun ayları üzrə itki faizi 5,6 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 faiz azdır.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir