×
A
A
A
Sazlamalar

Yarım ildə banklar 563.3 milyon manat xalis mənfəət əldə ediblər

Bakı, 29 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında banklar 563.3 milyon manat xalis mənfəət, 772.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 41 faiz və 26 faiz artıb. 2023-cü ilin 6 ayında banklar tərəfindən 131.3 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

 

Maliyyə 2023-07-29 10:48:00