×
A
A
A
Sazlamalar

Hindistandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş olub

Bakı, 28 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində ölkəmizə Hindistandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş təşkil edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş respublikamıza Hindistandan yüksək riskli məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun şəkildə təşkilinə kömək göstərmək, həmçinin onların təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Tədbirdə qida təhlükəsizliyi, o cümlədən yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlər təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya təsdiqdən imtina edilir. Eləcə də ölkəyə idxal olunan bütün qida məhsulları risk qiymətləndirilməsinin nəticələri əsasında laborator müayinələrə cəlb edilir.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Sosial 2023-07-28 14:45:00