×
A
A
A
Sazlamalar

Özəl pensiya fondlarının yaradılması istiqamətində işlər görülür

Bakı, 27 iyul, AZƏRTAC

Özəl pensiya fondlarının yaradılması məqsədilə normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərə, yeniliklərə, qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
"Özəl pensiya fondlarının investisiyaları uzunmüddətli investisiyalar hesab olunur. Bu zaman özəl pensiya fondlarının dayanıqlığına nəzarət olunması, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində onlara geri qaytarılması, onların vəsaitlərindən düzgün istifadə edilməklə həmin məbləğlərin artırılması məsələləri normativ bazada tənzimlənməlidir. Bu istiqamətdə hazırlanmış qanunvericilik aktlarının təkmilləşdirilməsi və aidiyyəti qurumlarla razılaşdırılması prosesini aparırıq. Prosesin yekununda müvafiq layihələr baxılması üçün Milli Məclisə təqdim olunacaq", - deyə H.Məmişov bildirib.

Sosial 2023-07-27 12:52:00