×
A
A
A
Sazlamalar

Bu ilin birinci yarısında DSMF-nin gəlirləri 16.6 faiz artıb

Bakı, 27 iyul, AZƏRTAC
İlin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri (DSMF) 3270,7 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.6 faiz və ya 465 milyon manat daha çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərə, yeniliklərə, qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
İdarə Heyətinin sədri bildirib ki, gəlirlərin 77.4 faizi məcburi dövlət sosial sığorta haqlarından daxilolmaların payına düşür.

Sosial 2023-07-27 11:58:00