×
A
A
A
Sazlamalar

Himalay Məmişov: Cari ilin 6 ayında sosial ödənişlərdə artım qeydə alınıb

Bakı, 27 iyul, AZƏRTAC

Bu ilin əvvəlində reallaşdırılan dördüncü sosial islahat paketi 1.9 milyon nəfəri əhatə edib. Həmin islahatın əlavə maliyyə tutumu 750 milyon manat təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərə, yeniliklərə, qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
H.Məmişovun sözlərinə görə, islahat çərçivəsində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Vahid tarif cədvəli üzrə işləyənlərin və bir sıra təşkilatlarda çalışanların əməkhaqları 15 faiz artırılıb. Bu istiqamət üzrə illik əlavə 440 milyon manat vəsait xərclənəcək.
Qeyd olunub ki, bu ilin birinci yarısında sosial ödənişlərdə də artım olub. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib. Əlavə vəsaitin illik həcmi 310 milyon manat təşkil edib. Fevral ayından minimum pensiya 16.7 faiz artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16.4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16.4 faiz artırılaraq 466.1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişin məbləğində orta hesabla 22 faizlik artım olub.

Sosial 2023-07-27 11:59:00