×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 32 sığorta vasitəçisinin lisenziyasının qüvvəsini bərpa edib

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 28 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bununla bağlı qərar iyulun 26-da “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.

Maliyyə 2023-07-27 11:28:00