×
A
A
A
Sazlamalar

Azərbaycanla İndoneziya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq müzakirə olunub

Bakı, 27 iyul, AZƏRTAC

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.

Sosial 2023-07-27 10:12:00