×
A
A
A
Sazlamalar

Fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib

Bakı, 27 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahəsinin sığortalanması üzrə müqavilələr imzalanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu müqavilələr əsasında fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib. Ən çox sığortalanan sahələr buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik əkinləri, üzümlüklər və meyvə bağlarıdır. Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib.
Cari ilin ilk yarımilliyində Fond tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb. Heyvan sığortaları üzrə verilən sığorta təminatı 20,6 milyon manat təşkil edir.
Hesabat dövründə heyvandarlıq sığortası üzrə 2, 154 milyon manat sığorta haqqı toplanıb. Bu vəsaitin 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.

Maliyyə 2023-07-27 01:46:00