×
A
A
A
Sazlamalar

Azərbaycanda 6 ay ərzində 1125 kilometrdən çox ÖİN hava xətləri çəkilib

Bakı, 26 iyul, AZƏRTAC

2023-cü ilin 6 ayı ərzində Azərbaycanda 1125,7 kilometr ÖİN hava xətləri çəkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov bildirib.
Vüsal Qənbərov deyib ki, ümumilikdə ölkədə 57,3 kilometr 35 kV-luq, 356,2 kilometr 10 kV-luq, 20,3 kilometr 35 kV-luq yeni hava xətləri quraşdırılıb. “Azərişıq” ASC “yaşıl enerji zonası”nın tələblərinə uyğun olaraq artıq 35 kv/saat izolyasiyalı kabel xəttinin tətbiqinə başlanılıb. Bu izolyasiyalı kabel xətti ilə həmçinin internet ötürüləcək.
V.Qənbərov qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 90 ədəd komplekt transformator məntəqəsində çəpərlənmə işləri yerinə yetirilib.

Energetika 2023-07-26 16:06:00