Azərbaycanda 400-dən çox yarımstansiyanın dam örtüyündə günəş panel sistemləri qurulub
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycanda artıq 400-dən çox yarımstansiyanın dam örtüyündə günəş panel sistemləri qurulub və qarşısında elektromobillər üçün şarj stansiyası quraşdırılıb. Bütün layihələrə bunu daxil etmişik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
Araz Məmmədzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilər “yaşıl enerji zonası” elan edilib. Artıq bunu beynəlxalq ekspertlər də bilir. Bunu bu il martda Şuşada keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni, bu günü, sabahı” adlı beynəlxalq elmi-praktik konfransda bəyan etmişdik. Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr konfransa gələndə bilirdilər ki, onlar “yaşıl enerji zonası”na daxil olurlar.
“Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində son 4 ay ərzində 835 Kv/s elektrik enerjisi əldə etmişik. Mənim fikrimcə bu yarımstansiya tələbatına cavab verən çox uyğun gözəl nəticədir. Hər bir yarımstansiyada elektrik enerjiyə tələbat 8-9 kV/s-dır, hər iki yarımstansiyada aparılmış monitorinqlərin nəticəsinə əsasən, baxmayaraq ki, 40Kv-lıq sistemlər qurulub, dam örtüyü buna imkan verir. Həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində də ətrafındakı kompleksi üçün də nəzərdə tutulub”, - deyə A.Məmmədzadə əlavə edib.
Araz Məmmədzadə vurğulayıb ki, Füzuli yarımstansiyasında da artıq layihələndirmə aparılıb. Füzuli yarımstansiyasında bir neçə texniki məsələlər var, çünki bu yarımstansiya rəqəmsaldır burada kiçik sistemlər qurulub. Böyük həcmli stansiyalarda da reinteqrasiya mümkündür. Yaxın illərdə bu stansiyalarda da alternativ enerji sistemlərin quraşdırılması planlaşdırılır.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir