×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: İnflyasiyanın hədəfə yaxınlaşması ehtimalı artır

Bakı, 26 iyul, AZƏRTAC

İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

 

Maliyyə 2023-07-26 11:21:00