Özəl tibbi müəssisələrdə xidmətlərin ödənişi necə aparılmalıdır?
Bakı, 26 iyul, AZƏRTAC
Özəl tibbi müəssisələrdə tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi xidmətlərin ödənişi necə aparılmalıdır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödənilməlidir.
Eyni zamanda, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, tibbi xidmətin dəyəri beş yüz manatdan artıqdırsa, ödənişlər nağdsız qaydada edilməli və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən özəl tibbi müəssisəyə maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb