×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 243,6 milyon manat kredit verilib

Bakı, 26 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 243,6 milyon manat kredit verilib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, altı ayda fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 211,8 milyon manat olub.
İl ərzində fondun istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 140 milyon manata çatıb. Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 43,8 milyon manata düşüb.

Maliyyə 2023-07-26 03:01:00