×
A
A
A
Sazlamalar

Yeni Yaşma və Şurabad külək elektrik stansiyalarında 24 milyon kVt/saat elektrik enerjisi istehsal olunub

Hadrut, 25 iyul, AZƏRTAC

Azərbaycanda Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında 24,3 milyon kVt/s elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 25-də Hadrutda “Azərişıq” ASC-nin cari ilin birinci yarısında fəaliyyətinə dair hesabatının təqdimatında ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
Qeyd edib ki, görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 9,2 milyard kVt/s olub, ümumi yığım səviyyəsi 98,7 faizə çatdırılıb.

Energetika 2023-07-25 14:51:00