×
A
A
A
Sazlamalar

Aliment ödəyən şəxsin gəlirindən vergi və sosial ödənişlər hansı qaydada tutulur?

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və ya başqa gəlirlərinin növləri”nin 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.
Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Maliyyə 2023-07-25 11:53:00