×
A
A
A
Sazlamalar

® “myCard Junior” Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında idmançılarımıza dəstək olacaq

“AccessBank” Milli Olimpiya Komitəsinin Məğrur Tərəfdaşı olan VISA şirkəti ilə birlikdə Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında iştirak edəcək yeniyetmə idmançılara “VISA Platinum” əsaslı “myCard Junior” kartlarını təqdim etdi.

“Platinum” kateqoriyasında olan xüsusi “myCard Premium” kartları, həmçinin məşqçi heyətinə də təqdim olundu. Gənclərdən ibarət Olimpiya yığması festival müddətində Sloveniyanın Maribor şəhərində “AccessBank”ın VISA kartlarının ümumi imtiyazlarından istifadə edəcək. “AccessBank”ın dəstəyi ilə reallaşdırılan layihə atletlərə əlavə imkanlar yaradır. “myCard Junior” kartları gündəlik alış-veriş, onlayn ödənişləri zamanı qazanc, kart hesabındakı müsbət qalığa əlavə mənfəət, partnyor şəbəkələrdə kəşbəklər, uçuş gecikməsi və baqaj sığortası, hava limanının VİP zallarına ödənişsiz giriş, istənilən suallar üçün konsiyerj xidməti və başqa bu kimi imtiyazlar verir.
Qeyd edək ki, Maribor şəhərində keçirilən Oyunlara Azərbaycandan atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo və gimnastika idman növlərində təmsil olunacaq 36 idmançı yola düşüb. Festivalın rəsmi açılış mərasimi iyulun 23-nə, bağlanış mərasimi isə iyulun 29-na təsadüf edir. Festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-ə yaxın 14-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (feysbuk, instaqram, linkedin) hesablarına daxil olmaq olar.
“AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Maliyyə 2023-07-25 11:02:00