×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri yarımillik proqnoza qarşı 5,7 faiz çox icra edilib

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 14063,3 milyon manat və ya yarımillik proqnoza qarşı 5,7 faiz çox icra edilib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi xərclərinin 9718,8 milyon manatı və ya 69,1 faizi cari xərclərə, 3913,7 milyon manatı və ya 27,8 faizi əsaslı xərclərə, 430,8 milyon manatı və ya 3,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Maliyyə 2023-07-17 14:20:00