×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondundan büdcəyə daxil olan transfertin həcmi açıqlanıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan verib.
Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları üzrə 2699,3 milyon manat və ya 41,6 faiz, idxal gömrük vergi və rüsumları üzrə 535,8 milyon manat və ya 21,1 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 22,4 milyon manat və ya 6,0 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 30,1 faiz, sair gəlirlər üzrə 0,2 milyon manat və ya 0,1 faiz çox, Dövlət Neft Fondundan transfert üzrə isə 1987,0 milyon manat və ya 42,7 faiz az icra edilib.

Maliyyə 2023-07-17 14:06:00