×
A
A
A
Sazlamalar

Birinci yarımildə dövlət büdcəsinin gəlirləri 15,4 milyard manat təşkil edib

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur. Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 128,6 faiz icra edilməklə 12818,9 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz (və ya 3261,4 milyon manat) artım deməkdir.
Cari ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 15608,8 milyon manat proqnoza qarşı 15479,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 128,9 milyon manat və ya 0,8 faiz az, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,0 faiz və ya 1274,4 milyon manat çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 9181,4 milyon manatı və ya 59,3 faizi vergi daxilolmalarının, 3075,5 milyon manatı və ya 19,9 faizi gömrük rüsumları və idxala vergi daxilolmalarının, 2661,0 milyon manatı və ya 17,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 393,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 16,0 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 152,1 milyon manatı və ya 1,0 faizi isə sair gəlirlərin payına düşüb.
Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin 6 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1993,0 milyon manat və ya 27,7 faiz çox, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 705,5 milyon manat və ya 29,8 faiz çox, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərin göstərilməsi üzrə 92,6 milyon manat və ya 30,7 faiz çox, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 7,1 milyon manat və ya 79,8 faiz çox, sair gəlirlər üzrə 51,9 milyon manat və ya 56,9 faiz çox daxilolmaların təmin edilməsinə nail olunub.

Maliyyə 2023-07-17 13:06:00