×
A
A
A
Sazlamalar

Yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 10,4 milyard manat təşkil edib

Bakı, 17 iyul, AZƏRTAC
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, indiyədək ölkə ərazisində 91 min 21 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2023-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,4 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.

Maliyyə 2023-07-17 04:09:00