×
A
A
A
Sazlamalar

Honkonqda ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş layihəsi üzrə danışıqlar olub

Bakı, 15 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Honkonq şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqların birinci raundu keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi iştirak ediblər. Honkonq Xüsusi İnzibati Ərazisi tərəfindən isə Daxili Gəlirlər Departamentinin səlahiyyətli şəxsləri danışıqlara qatılıb.
Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb.
Sonda tərəflər arasında razılaşdırılmış məsələlərlə bağlı sənəd imzalanıb.


 

Maliyyə 2023-07-15 15:53:00