×
A
A
A
Sazlamalar

Ölkədən altı ayda 10,9 milyard kubmetr təbii qaz ixrac edilib

Bakı, 15 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədən 10 milyard 956,1 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 29,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 11 milyard 364,8 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 7 milyard 440,4 milyon dollar olub.

Neft - qaz 2023-07-15 11:16:00