×
A
A
A
Sazlamalar

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 10 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Bakı, 14 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 20 milyard 796,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4,5 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, altı ayda qaz nəqlinin 52,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 10 milyard 915,1 milyon kubmetr təbii qaz ixrac edilib.

Neft - qaz 2023-07-14 11:47:00