×
A
A
A
Sazlamalar

Əhalinin nominal gəlirləri açıqlanıb

Bakı, 13 iyul, AZƏRTAC

2023-cü ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 37871,1 milyon manat və ya hər nəfərə orta hesabla 3734,8 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 33424,9 milyon manat təşkil edib.

Maliyyə 2023-07-13 21:50:00