×
A
A
A
Sazlamalar

® “AccessBank” əməkdaşları Sahibkarlığın İnkişafı Fondunun müsabiqəsində qalib oldular

Bakı, 13 iyul, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondunun sənaye sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə keçirdiyi müsabiqədə “AccessBank” əməkdaşları birinci və ikinci yerlərə layiq görülüblər.
Sahibkarlığın İnkişafı Fondu bu il martın 1-dən iyulun 1-dək güzəştli kreditlərin verilməsində aktiv iştirak edən kredit mütəxəssisləri arasında “Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən sahibkarlara daha çox sayda və həcmdə kredit vermiş, 2-si “AccessBank” əməkdaşı olmaqla, 3 mütəxəssis qalib elan edilib. Qaliblər pul mükafatı və sertifikatla təltif olunublar.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (feysbuk, instaqram, linkedin) hesablarına daxil olmaq olar.
“AccessBank” QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 2002-ci il 25 oktyabr tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Maliyyə 2023-07-13 13:57:00