×
A
A
A
Sazlamalar

Yanvar-may aylarında Azərbaycanda 46 mindən çox körpə doğulub

Bakı, 13 iyul, AZƏRTAC

İlin ilk dörd ayı ərzində Azərbaycanda 46 min 544 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,0-dan 11,1-ə enib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.
Körpələrin 1360-ı əkiz, 72-si isə üçəm, 4-ü isə dördəm doğulanlardır.
Yanvar-may ayları ərzində ölkədə 26 min 150 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7-dən 6,2-ə qədər azalıb.

Sosial 2023-07-13 12:23:00