×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sığorta agentinə vergi güzəştləri tətbiq olunurmu?

Bakı, 12 iyul, AZƏRTAC

Sığorta agenti olan şəxs işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərərsə, Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər ona şamil olunacaqmı?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.
Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş 226.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin XIX fəslində müəyyən edilən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən şəxslərə şamil edilmir.
Qeyd olunanlara əsasən, sığorta agenti maliyyə xidmətlərinə aid olduğundan, bu fəaliyyətlə məşğul olan vergiödəyicilərinə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Maliyyə 2023-07-12 17:11:00