×
A
A
A
Sazlamalar

Son 6 ayda DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 milyon manat artıb

Bakı, 12 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 milyon manat çox olmaqla 3 milyard 271 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 milyon manat artaraq 2 milyard 531 milyon manat olub.
Son 6 ayda DSMF-nin xərcləri 3 milyard 9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 milyon manat çoxdur.

Sosial 2023-07-12 15:03:00