×
A
A
A
Sazlamalar

AQTA: Ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir

Bakı, 12 iyul, AZƏRTAC

Ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, qarpızdan ancaq kimyəvi zəhərlənmə halları ola bilər: “Qarpızdan vizual əlamətləri ortaya çıxan zəhərlənmə olmur. Çünki bu məhsul mədə-bağırsaq pozuntuları edəcək zəhərlənmə deyil. Zəhərlənmə o zaman ola bilər ki, məhsula vurulan pestisid qalığı normadan artıq olsun. Qarpız spesifik bitkidir ki, tərkibində yağlı məhsullarla qarışanda ciddi problem yarada biləcək komponentlər var. Qarpızı uyğunsuz qida məhsulları ilə qəbul etmək olmaz. Ümumilikdə qarpızdan zəhərlənmə mümkün deyil".

Sosial 2023-07-12 13:39:00