×
A
A
A
Sazlamalar

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür

Bakı, 12 iyul, AZƏRTAC

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə geniş işlər həyata keçirilir: “Orada əvvəl qida təhlükəsizliyi sisteminə bir neçə qurum nəzarət edirdi. Hazırda orada institusional islahatlar aparılır. Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür. Qanunvericilik məsələləri öz həllini tapandan sonra orada nəzarət orqanının hansı formada olacağı, bundan sonra orada qida təhlükəsizliyinə nəzarət sisteminin necə olacağı barədə məsələ həllini tapmış olacaq. Elə nəzarət sahələri var ki, bu, Naxçıvanda tək qida təhlükəsizliyi sistemində deyil, eləcə də respublika üzrə tətbiq olunacaq”.

Sosial 2023-07-12 13:37:00