×
A
A
A
Sazlamalar

AQTA sədri: İctimai iaşə obyektlərində otellərdə olduğu kimi ulduz sistemi tətbiq ediləcək

Bakı, 12 iyul, AZƏRTAC

İctimai iaşə obyektlərinin otellərdə olduğu kimi 5 ulduz sistemi üzrə təsnifləşdirilməsi aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında məlumat verib.
Q.Təhməzli bildirib ki, bu proses Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sahibkarların könüllü müraciətinə əsasən həyata keçiriləcək. AQTA sədri bununla bağlı beynəlxalq təcrübəyə uyğun təlimatın da hazırlanaraq təsdiq edildiyini nəzərə çatdırıb.

 

 

Sosial 2023-07-12 12:46:00