×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 9 sığorta vasitəçisinin lisenziyalarını ləğv edib

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) 8-i fiziki şəxs və 1-i hüquqi şəxs (“Otokoç Azərbaycan” MMC) olmaqla, 9 sığorta agentinə sığorta vasitəçisi fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

 

Maliyyə 2023-07-11 15:24:00