×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən fərdi sahibkara vergi güzəşti tətbiq olunurmu?

Bakı, 11 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğul olan şəxsə vergi güzəşti tətbiq edilirmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.
Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o
cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərən vergiödəyicisinə təqdim edilən mallara
görə vergi azadolması tətbiq edilmir.

Maliyyə 2023-07-11 15:20:00